Minskdə rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Görüşdə Lukaşenko Minskin Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüyü istiqamətində görülən işlərə görə Rusiyaya təşəkkür edib. O, həmçinin elan edib ki, Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Qadınlar Sammitinin ilk aktı Belarusun təşkilata rəsmi üzv olması olacaq.
Ağarza Elçinoğlu