ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək.
"Unikal" xəbər verir ki, səfər iyunun 27-si başlayacaq. Səfər zamanı C.O`Braynın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycanın yüksəkvəzifəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Məlumatda bildirilir ki, görüşlər zamanı ABŞ-Azərbaycan ikitərəfli əlaqələrindəki irəliləyiş və Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşması istiqamətində ABŞ-ın dəstəyi müzakirə olunacaq.
Səfər zamanı Dövlət Departamenti rəsmisinin vətəndaş cəmiyyəti üzvləri ilə də görüşəcəyi qeyd olunub.