Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ayla müqayisədə 191 min ədəd artaraq, 17 milyon 867 min ədəd təşkil edib.
"Unikal" Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21,2 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22,1 faiz, kredit kartları üzrə 15,3 faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.