"Bir gün əvvəl çox içdiyimiz üçün ertəsi günü unuduruq".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 27-də hökumətin iclasında bildirib.
Paşinyan məktəblərlə bağlı danışarkən qeyd edib ki, uşaqlar sonuncu yerdədir: "Biz çox əsas bir qərar verməliyik: məktəb kimin üçündür? Məktəb çörəkçi, elektrikçi, santexnik üçün iş yeri deyil, seçki məntəqəsi deyil, hətta müəllim və direktor üçün də deyil, məktəb uşaq üçündür.
Amma bizim reallıqda bunun əksini görürük, uşaqlar siyahının sonundadırlar və biz çox vaxt içdiyimiz üçün, ertəsi günü uşaqlara göstərilən xidmətləri unuduruq".
Ağarza Elçinoğlu