SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Lalə Ələkbərova və İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Radmila Musayeva Polşanın Varşava şəhərində keçirilən “Perspektywy Women in Tech Summit 2024”də iştirak ediblər.  

"Unikal" xəbər verir ki, ”Perspektywy Women in Tech Summit”i Polşada keçirilən texnologiya və mühəndislik sahəsində qadınları gücləndirməyə həsr olunmuş Avropanın aparıcı tədbirlərindən biridir. 

Burada “Hitachi”, “Visa”, “Revolut”, “Netflix”, “Continental”, “Intel”, “Dell”, “Meta”, “Uber”, “Dolby”, “Dropbox”, “Huawei”, “OpenX”, “AWS”, “Alexa” və “Bosch” kimi şirkətlərdən ən parlaq zəkaları və innovativ ideyaları bir araya gətirib, tələbələrə və məzunlara karyera imkanları və peşəkar inkişaf barədə dəyərli məlumatlar verilib.