İyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967- ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticesində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Astara rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
*** 23:58
İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
*** 23:23
Astara sakini gülləllənərək öldürülüb.
"Unikal"ın məlumatına görə, rayonun Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətllə yetirib.
Daha sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsindən atəş açıb.
B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov