Fransanın Nitsa şəhərində müşahidəçi komissiyanın tərkibinə görə seçki məntəqəsinin sədri ilə dava edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, insident Fransada parlament seçkilərinin birinci turunda səsvermə başlamazdan əvvəl baş verib. Sağ mərkəzçi Respublikaçılar Partiyasından olan müşahidəçi 16 saylı seçki məntəqəsində komissiyanın tərkibinə etiraz etməyə çalışaraq onun başına zərbə endirib.
Nitsa meri Kristian Estrosi deyib ki, baş vermiş hadisəni pisləyir:
“Mən Baumet məktəbində seçki məntəqəsinin rəhbərinə edilən fiziki hücumu qəti şəkildə pisləyirəm”.
Müşahidəçi polis əməkdaşları tərəfindən saxlanılıb.