Norveç Qəzzadan xəstələrin qəbul ediləcəyini açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveçin baş naziri Jonas Gahr Store bildirib. O qeyd edib ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücum etdiyi Qəzzada yaralıların müalicə üçün ölkəyə qəbul ediləcək.
Sotrenin sözlərinə görə, Fələstindəki xəstələri başqa ölkələrə daşıyan təyyarələrə də köməklik göstərəcəklər.
Qeyd edək ki, Norveç mayın 28-də Fələstin Dövlətini rəsmən tanıdığını elan etmişdi.
Zərifə Nağıyeva