Ermənistan KTMT katibliyinə təşkilatın 2024-cü il büdcəsini imzalamayacağı barədə rəsmi məlumat verib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

“Ermənistan Respublikası KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarını imzalamaqdan və bu qərarda nəzərdə tutulan təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyi barədə rəsmi məlumat verib. Ermənistan sözügedən qərarda nəzərdə tutulmuş maliyyələşdirmə ilə bağlı heç bir öhdəlik götürməyib”, - deyə Ermənistan XİN-dən bildirilib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, KTMT Nizamnaməsinə uyğun olaraq Ermənistanın maliyyə öhdəlikləri qalır.