Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən may-iyun ayları ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 120 fakt müəyyən edilib.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən 6 kiloqram marixuana, 3 kiloqram heroin və 1 kiloqram psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.