Mən ABŞ-nin və Azərbaycanın regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcəyini gözləyirəm.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib.
“Biz artıq bunu səmərəli şəkildə edirik, lakin irəlilədikcə daha çoxunu edəcəyimizə ümidvarıq. Regionda sülhü təmin etmək diqqətimizi bölgədən kənarda olan təhdidlərə yönəltməyə imkan verəcək. Ümumiyyətlə, regionda inamın və etimadın yaradılması çox vacibdir”, - deyə Ceyms O’Brayn vurğulayıb.