Xəbər verdiyimiz kimi, Goranboyda 40 yaşlı hərbçi iştirak etdiyi toyda vəfat edib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Yardımlı sakini Şərbətov Pərviz Əliqulu oğlu kapitandır. 

O, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Ağarza Elçinoğlu

***

Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!