Almaniyanın xarici işlər naziri Annalena Berbokun təyyarəsi siyasətçinin Almaniya və İsveçrə matçına qatıldıqdan sonra Frankfurt-Mayn hava limanında onun partiyasının ("Yaşıllar") gecə uçuşlarına qoyduğu qadağanı pozub.
"Unikal" xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Annalena Berbok iyunun 23-də Frankfurtda keçirilən Almaniya - Danimarka matçını izləyib. Frankfurt hava limanında səs-küyün qarşısını almaq üçün qadağa Berbok partiyasının səyləri ilə tətbiq edilib və Avropa Futbol Çempionatı ərəfəsində partiya üzvləri onun müvəqqəti olaraq ləğv edilməsi ilə bağlı müraciətlərə cavab olaraq, milli komanda oyunçularına bu qadağalara əməl etməyi tövsiyə ediblər. Gecə uçuşları yerinə qatarlardan istifadə etmək məsləhət görülüb.
Lakin Berbok özü matçdan sonra gecə uçuşundan istifadə edib.