Amerika lideri Co Bayden iyulun sonunda Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, İsrail baş nazirinin iyulun 24-də ABŞ Konqresində çıxış edəcəyi Vaşinqtona səfəri zamanı Bayden və Netanyahu arasında görüş gözlənilir.
Xatırladaq ki, Netanyahu 1996, 2011 və 2015-ci illərdə Amerika qanunvericiləri qarşısında çıxış edib.