Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ştatın rəsmi qurumları açıqlama yayıb. Bildirilir ki, 88 nəfər ibadətgahda keçinib, yaralı vəziyyətdə olan 27 nəfər qonşu Etah rayonunun hospitalında, bir nəfər isə Hathras rayon xəstəxanasında ölüb. Səlahiyyətli qurumlar ölü sayının artacağını istisna etmir. Çünki xəsarət alanlar arasında ağır vəziyyətdə olanlar da var.
Qeyd edək ki, hadisə iyulun 2-də ştatın Hathras ştatının Muğal Qarhi kəndində baş verib. Təxminən 50 minə yaxın adamın iştirak etdiyi dini ayin zamanı yaranmış sıxlıqda ölənlərin çoxu qadınlardır. Bundan başqa, ölənlər arasında uşaqlar da var. Hadisə baş verən vaxt havanın isti olması ölüm hallarının çoxalması ilə nəticələnib.
*** 17:54
Hindistanın Uttar-Pradeş ştatındakı dini mərasim zamanı yaranmış sıxlıq nəticəsində 107 nəfər ölüb.
"Unikal" xəbər verir ki, hadisə mərasim bitdikdən sonra iştirakçılar ərazini tərk etdiyi anda baş verib.
***16:41
Hindistanda dini ayində yaranan izdihamda azı 90 nəfər ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında dini tədbir zamanı yaranan izdihamda çoxlu sayda insan ölüb.
Ölənlər arasında uşaqların da olduğu qeyd edilib. Polislər ölənlərin sayının arta biləcəyini açıqlayıb. Hadisə ilə bağlı araşdırma başlanarkən, çox sayda xilasetmə qrupu hadisə yerinə cəlb olunub.
Zərifə Nağıyeva