Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanova qarşı irəli sürülən rüşvətin məbləği 1,185 milyard rubl təşkil edir.
"Unikal" TASS-a istinadən xəbər verir ki, İvanov 1,125 milyard rubl məbləğində rüşvət almaqda ittiham olunur.
“İlkin istintaq zamanı müəyyən edilib ki, İvanov, digər təqsirləndirilən şəxslər və mütəşəkkil dəstə kimi fəaliyyət göstərən naməlum şəxslər təxminən 24 oktyabr 2018-ci il tarixindən 31 dekabr 2023-cü il tarixədək olan müddətdə “Olimpsitistroy” MMC-nin həmtəsisçisindən və bu kommersiya təşkilatının digər naməlum nümayəndələrindən, “Oboronspetsstroy” MMC-nin naməlum nümayəndələrindən şəxsən ən azı 1,185 milyard rubl məbləğində qeyri-qanuni əmlak xidmətlərinin göstərilməsi şəklində xüsusilə böyük rüşvət alıblar”, - iddiada bildirilib.