İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində piyada aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, qəza saat 23 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndi ərazisində qeydə alınıb. 99-GA-052 dövlət nömrə nişanlı "Toyotta Corolla" markalı minik avtomobilinin vurduğu piyada Şükürov Elbrus Adəm oğlu aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.