Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***15:59

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunda, rayonun Müsüslü kəndi ərazisində baş verib.

İlkin məlumata görə, "KİA" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.