“Rosneft” Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə neft şirkətinin filiallarının yenilənmiş siyahısında qeyd olunub.
Sənəddə şirkət ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bir sıra layihələrdə iştirak edən British-Virginia GEA Holdings Ltd. arasında hər hansı əlaqə istisna edilir.
Kayman adalarından olan dörd şirkət də "Rosneft"in strukturundan çıxarılıb.
Beləliklə, "Rosneft"in xarici istehsal aktivləri qalmayıb.
Ağarza Elçinoğlu