Seçki məntəqələrində veb-kameraların quraşdırılmasına, işlək hala gətirilməsinə artıq başlanmalıdır.
“Unikal” xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında danışıb.
O qeyd edib ki, prezident seçkilərində veb-kameralarla bağlı heç bir problem olmadı.
"Mən qeyd etdim ki, bizim həmin qrup bu məsələdə yaxşı iş ortaya qoydu. Yenə də həmin məntəqələrə nümayəndələr göndərilməli, onların işləkliyi yoxlanmalıdır".