Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əyyar Ələkbərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 20 kiloqram olan 12 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.