Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən Xəyal Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, X.Məmmədovdan 6 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 178 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla onun narkotik vasitəni İran vətəndaşından əldə etdiyi və pul qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Araşdırma aparılır.