Quba şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə H.Əliyev prospekti ilə M.Əcəmi küçəsinin kəsişməsində baş verib. 

Belə ki, iki "Mercedes"markalı avtomobillər və  təcili tibbi yardım avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qəzaya səbəb kimi elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforun işləməməsi göstərilir.

 Faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca