Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modini qəbul edib.
"Unikal"ın məlumatına görə, iki lider arasında söhbət Novo-Oqaryovo iqamətgahında çay süfrəsi ilə başlayıb.
Qeyri-rəsmi görüş zamanı Rusiya lideri hindistanlı həmkarını təzə giləmeyvə və meyvələrə qonaq edib. Stolda üzüm, albalı, moruq və qarağat görmək olar. Putin həmçinin çay içmək üçün Modiyə quru meyvələr və müxtəlif növ qoz-fındıq və xurma ilə tamamlanan şərq şirniyyatlarını təqdim edib.
Söhbətin əvvəlində Rusiya dövlət başçısı Modini yenidən Baş nazir seçilməsi münasibətilə təbrik edib.