"Almaniya kansleri Olaf Şolts və ölkənin xarici işlər naziri Annalena Berbok Ukrayna cəbhəsinə özləri getməlidirlər".
"Unikal" xəbər verir ki, bunu Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alis Vaydel deyib.
O, fraksiyasının yutub kanalında müraciəti zamanı deyib:
"Açıq-aydın deyirik: əgər bu həvəskarlar dəstəsi müharibə istəyirsə, o zaman məsuliyyəti öz üzərlərinə götürüb Ukrayna cəbhəsinə getməlidirlər".