ABŞ-nin Texas ştatına çatan "Beril" qasırğası 2 milyondan çox insanın elektrik enerjisinin kəsilməsinə səbəb olub.
"Unikal" xəbər verir ki, bu barədə "PowerOutage.us" saytında bildirilib.
Bundan əlavə, CNN-dən verilən məlumata əsasən, təbii fəlakət demək olar ki, 1,8 min reysin ləğvinə səbəb olub. Xüsusilə, qasırğa səbəbindən Hyuston İnterkontinental Hava Limanında uçuşların təxminən 80 faizi və Uilyam P.Hobbi hava limanında uçuşların təxminən 60 faizi ləğv edilib.
Hakimiyyət orqanlarından bildirilib ki, Texasda qasırğanın fəsadlarından bir nəfər ölüb.