Yaponiyanın qərbindəki Oqasavara adaları yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi bildirib.
Sunami təhlükəsi elan edilməyib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.