Ermənistan vətəndaşları üçün Şengen vizalarını almaq çətinləşir.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
"Hökumətimiz Avropaya getmək barədə nə qədər çox danışırsa, Ermənistan vətəndaşları üçün Şengen vizalarını - Aİ ölkələrinə giriş icazəsini almaq bir o qədər çətinləşir. İnsanlar istənilən Qərb səfirliyinə girmək üçün növbəyə durur, içəri girmək və rədd edilmək üçün aylarla gözləyirlər. Məsələn, 2023-cü ilin dekabrını gözləyənlər bu günlərdə Almaniya səfirliyinə daxil olurlar. 2 həftədən sonra adam yenidən gedir, növbəyə durur və pasportu alır, ancaq Şengen vizasının verilmədiyini və ya sadəcə 10 günlük giriş icazəsi verdiyini görür", - məlumatda deyilir.
Ağarza Elçinoğlu