Albaniyanın şimal-şərqindəki Bulqiza şəhərində kütləvi zəhərlənmə baş verib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 80-dən çox insan bu diaqnozla xəstəxanaya yerləşdirilib. Məlumata görə, xəstələrdə qarın ağrısı, qusma və halsızlıq əlamətləri olub.
Zəhərlənməyə suyun çirklənməsinin səbəb olduğu ehtimal edilsə də, analizlərdə bakterial çirklənmə aşkar edilməyib.
Hadisənin səbəbilə bağlı araşdırmalar davam edir.