Moskva NATO sammitini diqqətlə izləyəcək, çünki alyans Rusiya Federasiyasını özünə düşmən hesab edir və Ukrayna münaqişəsində iştirak edir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz mümkün qədər yaxından izləyəcəyik. Şimali Atlantika Alyansı Rusiyanı düşmən hesab edən ittifaqdır, Ukrayna münaqişəsində birbaşa iştirak edən alyansdır. Biz ritorikanı, danışıqları və kağız üzərində qəbul ediləcək qərarları izləyəcəyik", - deyə Kreml nümayəndəsi brifinq zamanı bildirib.
NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.
Ağarza Elçinoğlu