COP29 keçiriləcəyi müddətdə şəhərdə məktəblərin bağlanması ilə bağlı hər hansı qərar yoxdur.

"Unikal" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı olarsa, bu barədə çox öncədən məlumat veriləcək: “Vətəndaşları da anlayıram. Lakin hazırda biz sentyabrın 15-də məktəblərin açılmasına hazırlaşırıq. Hər hansısa yenilik olsa, vətəndaşlar bu barədə məlumatlandırılacaq”.