Paris prokurorluğu ifrat sağçı “Milli Birlik” parlament fraksiyasının lideri Marin Le Penə qarşı istintaqa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, 2022-ci il prezident seçkiləri kampaniyasını qanunsuz maliyyələşdirməkdə şübhəli bilinir: "Paris prokurorluğu bu yaxınlarda 2022-ci il prezident seçkilərində Marin Le Penin seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi şübhələri ilə bağlı məhkəmə araşdırmasına başlayıb".
İstintaq Milli Kampaniya Hesabları və Siyasi Maliyyə Komissiyasının (CNCCFP) şikayətindən sonra başlayıb. Fransa qanunlarına görə, namizədlərə seçki kampaniyası zamanı göstərilən xərcləmə limitini aşmaq qadağandır. Şərtlər yerinə yetirilərsə, dövlət xərclərin bir hissəsini ödəyir. Əks halda, CNCCFP, lazım gələrsə, apellyasiya şikayəti verə bilər.
Ağarza Elçinoğlu