Oktyabrda təkcə Gürcüstanın yaxın 20-25 il üçün deyil, həm də bütöv bir nəslin həyatı üçün taleyi həll olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili açıqlayıb.
Saakaşvili uzaqdan iştirak etdiyi Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə qarşıdan gələn seçkilərin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, indiki iqtidar keçmişə köklənib, onun qurduğu müxalif “Vahid Milli Hərəkat” isə əksinədir. O, həmçinin qeyd edib ki, seçkiqabağı siyahı yeni insanlarla doldurulmalıdır: "Sizə əmin olduğum aşağıdakıları demək istəyirəm. 9 il ərzində apardığımız, Gürcüstanı 90-cı illərin qaranlığından və bataqlığından çıxartdığımız islahatları indi heç kim ləğv edə bilməz. İndi ən vacibi irəli getməkdir, çünki bu seçkilər təkcə keçmişlə bağlı deyil, bu seçkilər xüsusilə və müstəsna olaraq gələcəklə bağlıdır".
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək.
Ağarza Elçinoğlu