Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında yeni təyinat olub.

"Unikal" xəbər verir ki, Dövlət Komissiyasının katibi vəzifəsinə Qəzənfər Rövşən oğlu Əhmədov təyinat alıb.

Qeyd edək ki, Q.Əhmədov bu təyinatadək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) direktor, Dövlət Təhlükəsizliyi Xidmətində Xidmət rəisinin müşaviri vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2018-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

Xatırladaq ki, Qəzənfər Əhmədovdan əvvəl bu vəzifədə İsmayıl Axundov çalışırdı.