Bolqarıstanın dövlət qazpaylayıcı şirkəti “Bulgargaz” Rusiyanın enerji şirkəti “Qazprom”u məhkəməyə verib.
"Unikal" xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Şirkət qaz təchizatının 2022-ci ildə dayandırılmasına görə 400 milyon avro təzminat tələb edib. “Bulgargaz”ın açıqlamasına görə, iddia iyulun 8-də Paris Beynəlxalq Ticarət Palatasının Beynəlxalq Arbitraj Məhkəməsinə təqdim edilib.
Ağarza Elçinoğlu