Qazaxıstanlı zabit mərc oyunlarında uduzduğu üçün bölməsinin əmlakını girov qoyub.
"Unikal" xəbər verir ki, bu barədə "Tengrinews" məlumat yayıb.
Qazaxıstanın Semey qarnizonunun hərbi məhkəməsi Qazaxıstan Silahlı Qüvvələrinin kapitanının hərbi hissənin əmlakını mənimsəməsi ilə bağlı işə baxıb. Qərargahın topoqrafik xidmətinin rəhbəri bukmeker kontorlarına borcuna görə topoqrafik alətləri lombardda qoyub və 2 milyon tengedən (367,3 min rubl) çox ziyan vurub.
Məlumata görə, məhkəmə zabiti kapitan hərbi rütbəsindən məhrum edib və 2,5 il müddətinə azadlıqdan məhrum edib. Hərbi qulluqçu dəymiş ziyanın məbləğini və dövlət rüsumunu da ödəməlidir.
Ağarza Elçinoğlu