İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən Belçika vətəndaşı Türkiyənin Yozqat şəhərində yaxalanıb.

Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi açıqlama yayıb.

Bildirilib ki, narkotik və digər qeyri-qanuni cinayət fəaliyyətləri ilə bağlı axtarışda olan H.Ç. Yozqat-Çorum avtomobil yolunda saxlanılıb.

Həyata keçirilən əməliyyatlardan sonra o, deportasiya edilmək üçün miqrasiya idarəsinə təhvil verilib.