Peruda 22 il əvvəl yoxa çıxan amerikalı alpinistin cəsədi tapılıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o zaman 59 yaşında olan Uilyam Stampfl 2002-ci ildə Peruda 6700 metr hündürlüyündəki Huaskaran dağına qalxmaq istəyərkən qar uçqunundan sonra yoxa çıxıb.
22 ildən sonra dağ silsiləsindəki buzlar əriyərək alpinistin qalıqlarını üzə çıxarıb.
Kişinin cəsədi bütün bu illər ərzində donduğu üçün yaxşı qorunub saxlanılıb.
Alpinist əşyaları arasından tapılan pasport sayəsində tanınıb.