İrəvanda hakim “Mülki Müqavilə” partiyasının ofisinin yaxınlığında atışma baş verib.
"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə yerinə polis və patrul əməkdaşları cəlb olunub.
Bir nəfər yaralı Erebuni tibb mərkəzinə yerləşdirilib.
Məlumata görə, atəş açan şəxs saxlanılıb.
Qeyd edilir ki, yaralanan şəxs Nor Areş məhəlləsindəki məşhur meyxananın sahibinin 26 yaşlı oğlu Armen Q.-dir.
Bundan başqa, İrəvan sakini 27 yaşlı Harutyun İ.-nin də güllə yarası aldığı iddia edilir.
Faktla bağlı cinayət işi başlanıb.