Slovakiyanın Baş naziri Robert Fitso öz vəzifəsinə qayıdıb.
"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
“Əziz mütərəqqi liberal media və müxalifət, sağ qaldığım üçün üzr istəyirəm, amma mən qayıtdım”, - Baş nazir qeyd edib.
Xatırladaq ki, 59 yaşlı Robert Fitso mayın 15-də silahlı hücuma məruz qalıb.