Vaşinqtonda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib.
Ermənistan-Azərbaycan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəmdə olub.
Ağarza Elçinoğlu