Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda özəl klinikada baş verən ölüm hadisəsi barədə açıqlama verib.
"Unikal" xəbər verir ki, TƏBİB-in məlumatına görə, iyulun 9-u saat 02:40-da 1992-ci il təvəllüdlü şəxs (qadın cinsli) təcili tibbi yardım vasitəsilə ishal şikayəti ilə Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib və zəruri tibbi xidmət göstərilib:
"Xəstə daha sonra öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
Sözügedən xəstə üçün özəl tibb müəssisəsindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyulun 9-da çağırış daxil olub və hadisə yerinə dərhal reanimasiyon briqada cəlb olunub.
Qeyd edək ki, xəstənin özəl tibb müəssisəsində öncə klinik ölümü və birgə aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq bioloji ölümü qeydə alınıb".
*** 11:42
Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.
"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə “Stimul Hospital”da qeydə alınıb. Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.
A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.
Baş vermiş ölüm faktı prokurorluq tərəfindən araşdırılır.
Qeyd edək ki, "Stimul Hospital" Bəxtiyar adlı iş adamına məxsusdur.