Qəzzada atəşkəslə bağlı danışıqlar bu gün Dohada Misir, ABŞ və İsrailin kəşfiyyat rəhbərlərinin iştirakı ilə bərpa olunacaq.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, Misirin kəşfiyyat rəhbəri Abbas Kamelin başçılıq etdiyi nümayəndə heyəti atəşkəs razılaşmasının mümkün qədər tez əldə olunması üçün HƏMAS və İsrailin fikirlərini yaxınlaşdırmağa çalışacaq: "Bir çox məsələlərdə razılıq var".
Görüşdə İsrail kəşfiyyatının rəhbəri David Barnea da iştirak edəcək. İsrail baş nazirinin ofisi "Reuters"in bu sorğusunu şərh etməkdən imtina edib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də Dohada olacaq.
Misir və Qətər İsraildə saxlanılan fələstinli məhbuslar müqabilində Qəzzada israilli girovların azad edilməsini təmin etmək üçün İsrail və HƏMAS arasında döyüşlərə son qoymağa ümid edir.
Ağarza Elçinoğlu