Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq turizm və ölkəşünaslıq ixtisaslaşmasının magistr pilləsində təhsil alan- Aysu Nağıyeva və Ləman Vəlizadə 2023/2024-cü tədris ilində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın Oradea Universitetində gerçəkləşən təqaüd proqramına qatılıblar.

"Unikal" xəbər verir ki, ATMU tələbələri 2 ay davam edən təlim-tədqiqat istiqamətli çalışmalarda xüsusi fəallıq nümayış etdiriblər.

Beləliklə, ATMU-nun magistr pilləsinin tələbələri A.Nağıyeva və L.Vəlizadə adıkeçən  təqaüd proqramının təlim-tədqiqat imkanlarından faydalanmaqla təhsil və karyeraqurma sahəsində peşəkar mütəxəssis kimi fəaliyyətə başlaya biləcəklər.