ABŞ-nin Virciniya ştatında dövlət məktəblərində şagirdlərin dərs saatlarında mobil telefon və sosial mediadan istifadəsini məhdudlaşdıran fərman imzalanıb.

"Unikal" xəbər verir ki, bu barədə Virciniya qubernatoru Glenn Youngkinin açıqlama verib. 

Açıqlamada, aparılan araşdırmaların dərs zamanı mobil telefondan istifadə edən şagirdlərin təhsilinə mənfi təsir göstərdiyini və daha aşağı qiymət aldığını göstərdiyi vurğulanıb.

Virciniya Təhsil Departamentinin sözçüsü Todd Reid isə verdiyi açıqlamada qubernatorun qərarına əsasən təyin olunan qaydaların 2025-ci ilin yanvarına qədər qüvvəyə minəcəyini bildirib.

Zərifə Nağıyeva