Bu gündən etibarən Kirants kəndindən keçən dövlətlərarası yol bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Növbətçi patrullar yoldan keçən bütün avtomobillərə Açarkut kəndindən keçən, artıq asfaltlanmış və paralel olaraq işlər davam etdirilən alternativ yolu göstərir.
Üç metrlik sərhəd divarı tikilən məktəbə bitişik ərazidə yol qazılıb. Ehtimal olunur ki, divar həmin ərazidə tikanlı məftillərə qədər davam edəcək.
Qeyd olunub ki, Ermənistan-Azərbaycan razılaşmasına əsasən, körpü və təxminən bir kilometrlik yol bu ayın sonunda Azərbaycana qaytarılacaq.
Ağarza Elçinoğlu