2024-cü ilin iyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1% artaraq 778 min təşkil edib.
"Unikal" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı 7,9% artaraq 49,3 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 2,1% artaraq 208,9 min təşkil edib.