Norveç altı ədəd F-16 qırıcısını Ukraynaya təhvil verəcək.

"Unikal" xəbər verir ki, bu barədə Norveçin baş naziri Jonas Gahr Store bildirib. 

"Norveç altı F-16 qırıcısını Ukraynaya təhvil vermək qərarına gəlib. Qırıcıların təhvil verilməsinə 2024-cü ildə başlanılması planlaşdırılır", - o deyib. 

Xatırladaq ki, Ukraynaya F-16 qırıcıları verməyə ilk olaraq Hollandiya və Danimarka razılaşıb. 

Ağarza Elçinoğlu