"Qırmızı xətlərimiz qorunduğu müddətcə məhbus mübadiləsi razılaşmasına hazırıq".
"Unikal" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Nazirlər Kabinetindən verilən açıqlamada Netanyahunun Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett Makqurku Qərbi Qüdsdəki ofisində qəbul etdiyi bildirilib.
Qeyd olunub ki, Netanyahu və Makqurk görüş zamanı regional danışıqları müzakirə ediblər.
Zərifə Nağıyeva