İran xarici işlər nazirinin keçmiş müavini Abbas Əraqçi yeni prezident Məsud Pezeşkianın hökumətinin tərkibinə daxil ola bilər.
"Unikal" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Pezeşkanın siyasi müşavirləri hesab edirlər ki, Əraqçi ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik etməyə ən münasib şəxsdir.
Qeyd olunub ki, siyasətçinin namizədliyi baxılmaq üçün İslam Respublikası parlamentinə təqdim olunacaq: "Əraqçi artıq Pezeşkyanın xarici siyasət üzrə müşaviri vəzifəsini icra edir. Xüsusilə, o, İslami müqavimət qruplarının liderləri və regionun dövlət başçıları ilə son telefon danışıqları ilə bağlı seçilmiş prezidentə məsləhətlər verib".
Ağarza Elçinoğlu